İslamiada: Azərbaycan stolüstü tennisçisi finala yüksəlib

İslamiada: Azərbaycan stolüstü tennisçisi finala yüksəlib
12:57 19 May 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın stolüstü tennisçilər yarımfinal görüşlərinə çıxıblar.
"Report"un məlumatına görə, Jinq Ninq iranlı Neda Şahsavari ilə üz-üzə gəlib. 22 dəqiqəlik qarşılaşmanın sonunda Ninq 4:1 hesabı ilə qalib gələrək, finala yüksəlib. O, 5 geymlik mübarizənin yalnız 3-cüsündə uduzub - 11:5, 12:10, 9:11, 11:4, 11:3.
Azərbaycan təmsilçisinin finaldakı rəqibi türkiyəli Melek Hu olacaq. Hu yarımfinalda Azərbaycanın daha bir stolüstü tennisçisi Miao Vanqı yenib - 4:1 (11:1, 11:7, 9:11, 11:6, 14:12).
Bu gün saat 16:00-da Vanq Şahsavari ilə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək. Saat 17:00-da isə Ninq Hu ilə finalda qarşılaşacaq.
Qeyd edək ki, bu, Azərbaycanın nüfuzlu yarışlarda ilk böyük nailiyyətidir.  

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiada-azerbaycan-stolustu-tenniscisi-finala-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR