Play Store

4 nömrəli uşaq musiqi məktəbi hesabat konserti təqdim edib

4 nömrəli uşaq musiqi məktəbi hesabat konserti təqdim edib
13:55 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 17-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 4 nömrəli uşaq musiqi məktəbi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş hesabat konserti təqdim edib. Konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutub.

İdarədən Trend-ə verilən məlumata görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları, məktəbin müəllim kollektivi və digər qonaqlar iştirak ediblər.

İlk öncə Ümummilli Lider Heydər Əliyev haqqında hazırlanmış videoçarx nümayiş olunub.

Konsertdə məktəbin istedadlı şagirdlərinin ifasında V.Adıgözəlov “Qarabağ şikəstəsi”, S.Ələsgərov “Xəyala dalarkən”, A.Gəray “Səfi kürd”, İ.Abdullayev “Preludiya”, S.Əliyeva “Ana”, Lavalye “Kəpənəklər”, Rakov “Polka”, F.Şopen “Manzurka” kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2756743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR