Play Store

Daşkəsəndə güclü külək evlərin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb

Daşkəsəndə güclü külək evlərin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb
14:02 19 May 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən. 19 may. REPORT.AZ/ Daşkəsən rayonunda güclü külək bəzi fəsadlar törədib. 
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, günorta saatlarında əsən külək nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin verilməsi dayandırılıb. Güclü külək bir neçə bina və fərdi evin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb. Hazırda rayon ərazisində küləkli hava şəraiti davam edir. 
Daşkəsən rayon Fövqaladə Hallar Komissiyasının sədri Cavanşır Qocayevin "Report"un yerli bürosuna verdiyi məlumata görə, təhlükəsizlik səbəbindən şəhərə elektrik enerjisi verilişi dayandırılıb, bir yaşayış binasının dam örtüyü isə tamamilə dağılıb: "Kəndlərdəki vəziyyətlə bağlı isə hələlik məlumat yoxdur. Hazırda küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür".

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/daskesende-guclu-kulek-evlerin-dam-ortuyunu-ucurub-elektrik-xetlerini-siradan-cixarib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR