Play Store

İş yerini tərk etmədən çıxarış almaq imkanı (FOTO)

İş yerini tərk etmədən çıxarış almaq imkanı (FOTO)
14:15 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İş yerində təşkil olunan növbəti çıxarış kampaniyası bu gün Ağsu rayonunda yerləşən “Az-Granata” zavodunun çoxsaylı əmək kollektivi üçün keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində zavod əməkdaşları iş yerlərindən ayrılmadan, daha rahat və operativ şəkildə qeydiyyat xidmətlərindən faydalanıblar.

Komitənin əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə 50-ə yaxın zavod işçilərinə əmlaklarına dair hazır çıxarışlar birbaşa iş yerlərində təqdim edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyat yanı torpaq sahələrini əhatə edib. Belə kampaniya davamlı olaraq həyata keçirilir. Bundan öncə İmişlidə, Xaçmazda və paytaxtda yerləşən bir neçə müəssisə, fabrik və zavodlarının işçiləri “Kütləvi çıxarış” kampaniyasından iş yerlərini tərk etmədən faydalanıblar. Ümumilikdə isə, bu tədbirlər çərçivəsində 300-ə yaxın vətəndaşa onların çalışdıqları müəssisələrdə çıxarışlar təqdim olunub.

Qeyd edilməlidir ki, kampaniya zamanı vətəndaşlara qeydiyyat üçün zəruri ilkin sənədlər, çatışmayan sənədlərin əldə olunması, qeydiyyat prosedurları ilə bağlı hüquqi izah və istiqamət verilir. Komitənin əməkdaşları sakinlərdən çıxarışla əvəz olunması üçün lazımi sənədlər toplayırlar. Onlara çıxarışların hazır olacağı tarix və birbaşa ünvana gətiriləcəyi bildirilir.

“Kütləvi çıxarış” kampaniyası ilə yanaşı, respublikanın hər bir bölgəsində komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara fərdi qaydada gündəlik olaraq mobil ofis xidmətləri də göstərilir. Xidmətlər zamanı sənədlərin qanunauyğunluğu yerindəcə yoxlanılır, qəbul olunur, növbəti prosedurlar ətraflı izah edilir. Ünvanlarda mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərinin təşkilində məqsəd qeydiyyat xidmətlərinin vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırılması, daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaş məmnunluğun təmin olunmasıdır.

Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası geniş şəkildə davam etdiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2756750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR