"AtaSığorta" Sumqayıtda yeni filial açıb

"AtaSığorta" Sumqayıtda yeni filial açıb
14:29 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“AtaSığorta” ASC Sumqayıt şəhərində yeni filial açıb və bütün regionlarda böyüməkdə davam edəcək.

ASC-dən Trend-ə verilən məlumata görə, “AtaSığorta”ASC-nin İdarə Heyətinin Üzvü - Sığorta Xidmətləri Departamentinin direktoru Qoşqar Həsənov bildirib ki, müştərilərimizə daha yaxın olmaq və onlara yüksək xidmətlər göstərmək məqsədilə Sumqayıt şəhərində (Heydər Əliyev prospekti, 16-cı məhəllə ünvanında) yeni bir filial açdıq.

2013-cü-2018-ci illər üzrə şirkətin strateji planına uyğun olaraq regionlarda filiallar, nümayəndəliklər, satış ofislərini və agent şəbəkəsinin genişləndirilməsinə başlanıb. Nəticədə 7 filial, 6 nümayəndəlik, 34 satış ofisi və 55 lisenziyalı sığorta vasitəçiləri bizimlə müştərilərə yaxından xidmət göstərir. 2018 - ci ilin sonuna qədər sığorta şirkəti öz strateji inkşaf xəttinə uyğun olaraq, Bakı şəhəri daxil olmaqla bütün regional ərazilər üzrə böyüməsini davam etdirəcək.

May ayından başlayaraq yeni 11 filial və nümayəndəlik açılacaq. 2017-ci ilin sonuna qədər filial və nümayəndəliklərimizin sayı 24-ə çatacaq. Həmçinin, lisenziyalı sığorta vasitəçilərimizin sayını 100 çatdırılmasını planlaşdırırıq. Bu işlərin nəticəsi olaraq şirkətimiz könüllü və icbari sığorta məhsullarının satışının təşkili və həyata keçirilməsində müsbət kəmiyyət və keyfiyyət dinamikasına nail olmaqla yanaşı sığorta bazarında ən geniş şəbəkəyə malik özəl şirkətlərdən biri kimi daim müştərilərinə keyfiyyətli xidmət göstərəcək.

Qeyd etdiyim kimi, geniş şəbəkəyə malik olmaqla filial və nümayəndəliklərimizdə hadisələr üzrə qəza komisarlarının olması ilə bütün ərazilərdə hadisələr üzrə 24 saat aktiv xitmət göstərməklə müştərilərimizin rahatlığını təmin edirik. Şirkətimizin əsas missiyası sağlam rəqabət aparmaqla, sığorta bazarında öz mövqeyini, nüfuzunu və müştəri məmnuniyyətini qorumaqdır. Bununla yanaşı, Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta Bazarlarına Nəzarət departamentinin gördüyü işlər və yeni lahiyyələri biz sığorta şirkətlərini də daha səmərəli işləməyə istiqamətləndirir. Nəzarət Palatası tərəfindən sığorta bazarında sığorta vasitəçilərinin müştərilərə verdiyi endirimlərin və güzəştlərin qarşısını almaqda böyük səy göstərirlər.

Bu əzmkarlığın nəticəsində, artıq icbari sığortanı alan insanlar bundan əvvəl sığorta şirkəti seçəndə ucuz qiymətin ardınca qaçırdılarsa və keyfiyyətə o qədər diqqət vermirdilərsə, artıq müştərilər güvənli xidmətə və keyfiyyətə önəm verən şirkətlərə üz tutmağa başlayıblar.

“AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Nizamnamə kapitalı 12.4 milyon manat olan şirkət 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2756757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR