Play Store

“IBM” korporasiyası ilk kommersiya yönümlü kvant prosessorunun prototipini təqdim edib

“IBM” korporasiyası ilk kommersiya yönümlü kvant prosessorunun prototipini təqdim edib
14:35 19 May 2017
Ölkə mətbuatı
A- A+

Böyük həcmli məlumatların emalına ehtiyac duyan tədqiqat qrupları üçün artıq, təxminən 1 il olar ki, “IBM Cloud” “bulud” xidməti vasitəsilə kvant kompüterində hesablamalara giriş açıqdır. İndi şirkət yeni prosessorlar xəttinin köməyi ilə kvant kompüterlərinin gücünü artırır. 16 kubit hesablama gücünə malik birinci prosessor “bulud” vasitəsilə məlumatların işlənməsi gücünü artıracaq, “IBM” korporasiyası iki dəfə güclü ikinci prosessoru isə ilk kommersiya yönümlü kvant prosessorunun prototipi kimi təqdim edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, kvant hesablamaları nəticəsində belə kompüterlər bəzi hallarda adi kompüterlərdən daha sürətli və güclü olur. Bir bit informasiya ya vahid, ya da sıfır ola bilər, amma kubit həm vahid, həm sıfır, həm də eyni anda hər ikisi ola bilər. Başqa sözlə, kvant kompüteri eyni anda bütün əməliyyatları emal edə bilər, halbuki adi kompüter hər bir əməliyyatı növbə ilə yerinə yetirməlidir. Nəticədə kvant kompüterləri böyük həcmli məlumatların eyni anda emalı üçün müvafiqdir.

İndiyədək “IBM”-in “bulud” kvant prosessorunun hesablama gücü 5 kubit, yəni 32 bit hesablama gücünə malik olub. Yeni versiyada 16 kubit 65536 bit deməkdir ki, bu da tədqiqatçılara “bulud” vasitəsilə daha mürəkkəb sınaqlar həyata keçirməyə imkan verəcək.

17 kubit hesablama gücünə malik ikinci yeni prosessor “IBM” tərəfindən yaradılmış ən güclü kvant prosessorudur.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47916-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR