Bakıda quldurluq edilib

Bakıda quldurluq edilib
14:49 19 May 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda törədilmiş quldurluq cinayətinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 26-da Bakı şəhər sakini Rafiq Məmmədov Nizami RPİ 24-cü Polis Bölməsinə müraciət edərək aprelin 25-də evinə gələn Cahangir adlı tanışının onu döyməsini və bıçaqla hədələyərək 160 manat pulunu, mobil telefon və sənədləri olan gödəkçəsini aparmasını bildirib.

 

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cahangir Şükürlü müəyyən edilərək tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR