Mədət Quliyev Azərbaycanda casusluq edənlərlə bağlı məsələyə münasibət bildirdi

Mədət Quliyev Azərbaycanda casusluq edənlərlə bağlı məsələyə münasibət bildirdi
14:50 19 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Azərbaycanda bir qrup insanın casusluq etməsi ilə bağlı məsələyə münasibət bildirib.

Trend-in məlumatına görə, M.Quliyev bildirib ki, bununla bağlı istintaq davam etdirilir: "Bilirsiniz ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verildi. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi qüvvələrin maraq dairəsindədir və şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var".

DTX rəisi vurğulayıb ki, kənardan Azərbaycana qarşı hər cür təhdidlər var: "Artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən Baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu məsələlərə aydınlıq gətirir. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu, kök atmış, 1988-1990-cı illərdən başlayan məsələlərdir. Bu, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Prezidentin tapşırıqlarının düzgün icrasının nəticəsidir ki, bu xəyanətin üstü açılıb və istintaq da öz qiymətini verəcək".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2756774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR