Play Store

Natiq Əliyev: "Hazırkı qiymətlər bütün neft hasilatçıları üçün uyğundur"

Natiq Əliyev: "Hazırkı qiymətlər bütün neft hasilatçıları üçün uyğundur"
15:07 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.
“Report” nazirliyə istinadən xəbər verir ki, görüşdə OPEC və qeyri-OPEC ölkələrinin birgə iştirakı ilə bu ay Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclası ərəfəsində dünya enerji bazarında son vəziyyət müzakirə edilib. Neftin qiymətinə iqtisadi və siyasi amillərin təsiri, İran, İraq, Liviya, Səudiyyə Ərəbistanı, Rusiya və Qazaxıstan kimi ölkələrin neft hasilatı ilə bağlı mümkün addımları ətrafında fikir mübadiləsi aparılıb. Neft hasilatının azaldılması üzrə sazişin müddətinin gələn ilin mart ayının sonuna kimi uzadılması barədə Rusiya və Səudiyyə Ərəbistanı anlaşmasından da bəhs edilərək bildirilib ki, sazişin ilin sonuna kimi uzadılması daha məqsədəuyğundur. 
Energetika naziri deyib ki, yanvar ayından etibarən kiçik qiymət fərqləri istisna olmaqla, ümumən, neftin qiymətində sabitlik yaranıb və hazırkı qiymətlər bütün neft hasilatçıları üçün uyğun rəqəmdir.
Daha sonra ABŞ səfiri R.Sekuta Cənub Qaz Dəhlizi layihəsinin gedişi, qaz bazarının inkişaf istiqamətləri və həyata keçirilən layihələrin perspektivləri ilə maraqlanıb. N.Əliyev növbəti onillikdə qaz bazarında müşahidə ediləcək tendensiyalar barədə fikirlərini səfirlə bölüşüb. Bildirilib ki, hazırda Azərbaycanın qarşısında duran əsas məqsəd Cənub Qaz Dəhlizi layihəsi üzrə işləri vaxtında başa çatdırmaqdır.
Toplantıda Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/natiq-eliyev-hazirki-qiymetler-butun-neft-hasilatcilari-ucun-uygundur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR