Play Store

“Unibank”ın yeni filialı fəaliyyətə başlayıb

“Unibank”ın yeni filialı fəaliyyətə başlayıb
15:22 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ “Unibank” ASC-nin 1 saylı “ASAN Kommunal” mərkəzində (Bakı şəhəri, Nərimano rayonu, Həsən Əliyev küçəsi, 36 ünvanında) yeni filialı fəaliyyətə başlayıb.
Bankdan “Report”a verilən məlumata görə, filial müştərilərə geniş bank xidmətləri təklif edir.
Burada kassa hesablaşma, kredit verilməsi, əmanət qəbulu, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar da daxil olmaqla bütün bank xidmətləri göstərilir. Yüksək səviyyəli xidmətdən və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyən hər kəs yeni filiala müraciət edə bilər.
Qeyd edək ki, “Unibank” hazırda paytaxtı və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı üçün bankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan saat 09.00-dan saat 17.00-a qədər fəaliyyət göstərir.
Müştərilərə banka gəlmədən də bank xidmətlərinin əksər hissəsindən “Unibank Mobile”ın (http://onelink.to/ffdbwf) köməyi ilə istifadə edə bilər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ), “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Bank maliyyə göstəricilərinə görə, sektorun liderləri siyahısındadır, müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı 15,15%-lik payla və “DEG” Almaniya İnvestisiya Şirkəti 8,33%-lik payla “Unibank”ın səhmdarları sırasındadır. Bank iki törəmə müəssisə – “Unileasing” və “Unicapital İnvestisiya Şirkəti” ASC-ləri təsis edib. “Unibank”ın 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/unibank-in-yeni-filiali-fealiyyete-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR