“İstanbullu gəlin” serialının çəkiliş qrupu Özcan Dənizə doğum günü sürprizi hazırlayıb.
Publika.az xəbər verir ki, tanınmış müğənni, aktyor və rejissorun bu gün 44 yaşı tamam olub. Bu münasibətlə aktyorun baş rolda çəkildiyi serialın yaradıcı heyəti onu təbrik edib. Təbrik videosunu kino ulduzu Instaqramda bölüşüb və altına təşəkkür sözlərini qeyd edib:
“Mən 44 il əvvəl bu gün səhər azanı ilə bərabər Ankarada, taxta bir evdə, bütün ailənin qadınlarının əlinə doğulmuşam. 19 may gözəl bir gündür. Evdə anamın acılar içində dünyaya gətirdiyi bir uşağam. Bu saatdan sonra yaşayacaqlarımdan xəbərsiz olduğum kimi, bu saata qədər yaşadıqlarımda da da xəbərsiz idim. İlahi qüdrətin mənə bağışladığı həyatdan xəbərim yox idi. Dolu-dolu yaşanmış bir həyat... Bu həyatda mənə bəxş edilən yaxşı, pis hər şey üçün şükür edirəm. Ürəyimi titrədən sürprizlərə görə, bütün çəkiliş yoldaşlarıma ürəkdən təşəkkür edirəm. Gözəl arzularla mesaj yazan və məni sevən hər kəsə ürəkdən minnətdaram".
Aytən