Play Store

"Məzarının yerini bilmirdik" - Şəhidimizin yaxınları tapıldı - VİDEO - FOTO

"Məzarının yerini bilmirdik" - Şəhidimizin yaxınları tapıldı - VİDEO - FOTO
15:37 19 May 2017
251 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişlinin Şəmmədli kənd məzarlığında dəfn olunan daha bir şəhidin yaxınları tapılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd sakini Şahbaz Şahlar oğlu Zeynalov ARB TV-də yayımlanan süjeti izlədikdən sonra fotolarda əks olunan şəhidlərdən birinin qardaşı olduğunu tanıyıb. Bildirib ki, qardaşı Nəsimi Şahlar oğlu Zeynalov 1992-ci ildə Qarabağda gedən döyüşlərə qatıldıqdan sonra ondan xəbər çıxmayıb.

Əbülfəz Zeynalov (şəhidin əmisi oğlu): "Könüllü olaraq ordu sıralarına yazıldı. Ağdamətrafı bütün döyüşlərdə iştirak edib. 93-cü ilin axırında əlaqəmiz kəsilib. O gündən axtarırıq tapa bilməmişik. Sizin köməyinizlə tapmışıq".

Xəqani Zeynalov (şəhidin qardaşı): "Qardaşım o vaxtdan şəhid olub. Məzarının yerini bilməmişik. Sizin sayənizdə tapdıq". 

Qeyd edək ki, bu, süjet efirdə yayımlandıqdan sonra yaxınları üzə çıxan 3-cü şəhiddir. Hər üç şəhid barədə müəyyən dədiqləşmələr aparıldıqdan sonra yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR