Putinin “Yeni MDB” İTTİFAQI - Rusiyadan Bakını qəzəbləndirəcək Qarabağ GEDİŞİ

Putinin “Yeni MDB” İTTİFAQI - Rusiyadan Bakını qəzəbləndirəcək Qarabağ GEDİŞİ
15:43 19 May 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya post-sovet məkanında tanınmamış respublikaları birləşdirmək üçün “yeni MDB” ideyasının irəli sürüb.

Publika.az
xəbər verir ki, bu ideyanı mayın 18-də separatçı “Luqansk xalq respublikası”nın rəhbəri İqor Plotnitski səsləndirib.

Lakin ekspertlər hesab edir ki, bu, Kremlin ideyasıdır. Dumanın MDB ilə işlər üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin də bildirib ki, bu ideya yeni deyil: “Rusiya 2000-ci illərdən başlayaraq, Abxaziya və Cənubi Osetiya ilə birlikdə bu ideya üzərində işləyirdi”.

Burada Azərbaycan üçün ən təhlükəli məqam işğal edilmiş Dağlıq Qarabağda yaradılan qondarma “DQR” rejiminin də “Yeni MDB” ittifaqına daxil olması ehtimalıdır.

K.Zatulinin bu haqda dedikləri isə Rusiyada belə fikirlərin olduğunu sübut edir.

“Dağlıq Qarabağın (qondarma rejim) “Yeni MDB”yə girməsi düzgün olardı. Bu, respublikaların öz aralarında münasibətlərin əlaqələndirilməsinə imkan verəcək”, - deyə Dumanın üzvü bildirib.

Zatulinin bu fikirləri Azərbaycana qarşı belə təhlükənin mövcud olduğunu göstərir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR