Play Store

Bakıda yol polisi xanım üçün qollarını çirmələdi - FOTO

Bakıda yol polisi xanım üçün qollarını çirmələdi - FOTO
15:52 19 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yolda qalan xanımın polislər köməyinə çatıb.

Milli.Az xəbər verir ki, bu gün səhər işə gedən xanım sürücünün avtomobilində problemlər yaranıb. Babək prospektindən üzü Yusif Səfər küçəsi ilə hərəkət edən maşının təkəri buraxıb. Bu zaman həmin ərazidən keçən yol polisi bütün işini ataraq xanıma yardım edib. 

Xanım sürücü baş vermiş hadisəni bü cür danışıb:

"Bu gün səhər işə gedəndə avtomobilimin təkəri buraxdı. Maşını sağa çəkib saxladım və həyat yoldaşıma zəng edərək onun gəlməsini gözlədim. 

Bu zaman oradan keçən yol polisi hadisə yerinə yaxınlaşdı. Öncə həyacanlandım, düşündüm ki, indi qanunsuz yerdə saxladığıma görə cərimə edəcəklər. Ancaq 99 YP 416 nömrəli maşındakı polislər problemin nə olduğunu gördükdə avtomobildən düşərək mənə yardım etdilər. Həmin şəxslər qollarını çirmələyərək dizlərini yerə qoyub avtomobilimin təkərini digəri ilə dəyişdilər. 

İstərdim biləsiniz ki, həyatda hələ də xeyirxah insan var. Və bu polisin gördüyü iş digər məmurlara nümunə olsun". 

Qeyd edək ki, bir neçə dəqiqə sonra hadisə yerinə sürücünün həyat yoldaşı gəlib. Ancaq polis əməkdaşları kişinin gəlməyinə baxmayaraq işlərini tam gördükdən sonra oranı tərk ediblər. 

Ceyhun Ələkbərov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/546482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR