Bakı. 19 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə yarımfinal görüşləri keçirilib.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Jinq Ninq iranlı Neda Şahsavarini məğlub edərək, finala vəsiqə qazanıb. O, həlledici görüşdə türkiyəli Melek Hu ilə üz-üzə gələcək.
Yarımfinalda M.Huya uduzan Azərbaycanın daha bir stolüstü tennisçisi Miao Vanq V.Şahsavari ilə 3-cü yer uğrunda görüşdə qarşılaşacaq.
Qeyd edək ki, medal görüşləri saat 16:00-da başlayacaq.
Foto: Firi Salim















