Britaniya homoseksualları Ermənistandan üstün tutdu

Britaniya homoseksualları Ermənistandan üstün tutdu
16:27 19 May 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Ermənistandakı səfiriliyində krallığın bayrağının yerində LGBT icmasının bayrağı dalğalanır.

Milli.Az azvision.az-a istinadən erməni KİV-lərinə istinadən xəbər verir ki, səfirliyin bu addımı Ermənistanda narazılığa səbəb olub.

"Qanun naminə" ictimai hərəkatının üzvləri səfirliyə gedərək bayrağın yığışdırılmasını tələb ediblər. Lakin, Böyük Britaniya səfirliyi təklifdən imtina edib. 

Hərəkatın rəhbəri Arman Qukasyan buna görə Britaniya səfirliyinin Ermənistanı tərk etməli olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, 19 may saat 12:00 radələrində səfirliyin qarşısında etiraz aksiyası keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR