Rusiyadan Azərbaycana narkotik keçirmək istədilər - FOTO

Rusiyadan Azərbaycana narkotik keçirmək istədilər - FOTO
16:37 19 May 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Rusiya vətəndaşının idarə etdiyi "Mersedes Benz Sprinter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən 2 ədəd kibrit qutusunda xalis çəkisi 4,378 qram təşkil edən narkotik vasitə-marixuana, 15 ədəd "Belomorkanal" markalı papiroslar, gömrük orqanına bəyan edilməyən 33950 ABŞ dolları və 123500 Rusiya rublu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/546498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR