İnternetin zəif olması insanı belə dəhşətli hala salır

İnternetin zəif olması insanı belə dəhşətli hala salır
16:58 19 May 2017
Ölkə mətbuatı
A- A+

İnternetin zəif olması insanda güclü stress yaradır.

Publika.az xəbər verir ki, İsveçin Erikson şirkətinin tədqiqat qrupu belə nəticəyə gəlib. Tədqiqatda 200 könüllü iştirak edib. Onlar nout-buk, planşet və smartfonlarda internetdən video yükləyiblər. Həmin anda könüllülərin nəbzi, zehni fəaliyyəti, gözlərini hərəkəti ölçülüb.

Video normal yüklənəndə insanların vəziyyəti qənaətbəxş olub. Ancaq cəmi 6 dəqiqə “donma” elə bir təsir yaradıb ki, sanki dəhşətli filmə baxır və ya imtahanda bilmədikləri sualı yazmağa çalışırlar. İştirakçıların ürək döyüntüsü də 38% artıb.

Məlumat üçün bildirək ki, təcrübə Kopenhagendə aparılıb. Danimarka isə dünyanın ən sürətli interneti olan ölkəsidir. Burada internetin sürəti saniyədə 22,3 meqabitdir.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/199436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR