Millimizin üzvü alman klubu ilə müqavilə imzaladı - FOTO

Millimizin üzvü alman klubu ilə müqavilə imzaladı -   FOTO
17:07 19 May 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın üzvü Renat Dadaşov "Ayntaxt"da qalacaq. Fanat.Az xəbər verir ki, 18 yaşlı hücumçu Frankfurt klubu ilə müqaviləsinin müddətini 3 illik uzadıb.


Bu ilin əvvəlində “Leypsiq”dən transfer edilən və indiyədək klubun U-19 komandasında çıxış edən Renat bundan sonra əsas heyətə cəlb olunacaq. Dadaşovun yeni müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.


Renat təəssüratlarını klub saytına bölüşüb: “Çox sevinirəm ki, “Ayntraxt”da peşəkar karyeraya başlayıram. Bunun üçün klub rəhbərliyinə, ailəmə, dostlarıma və yaxınlarıma təşəkkür edirəm. Çünki onlar mənə hər zaman dəstək verirlər”.

 

Qeyd edək ki, Dadaşov yanvardan bəri çıxış etdiyi "Ayntarxt"ın U-19 komandasında 10 oyun keçirərək 7 qol vurub.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-uzvu-alman-klubu-il-muqavil-imzalad-t58194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR