Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının rəhbərliyi ilə görüşəcək

Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının rəhbərliyi ilə görüşəcək
17:07 19 May 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 25-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Donld Tusk və Avropa İttifaqı Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşəcək.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyasının sözçüsü Marqaritis Şinas mayın 19-da keçirdiyi gündəlik mətbuat konfransında bildirib.
Qeyd edək ki, mayın 25-də Brüsseldə NATO-nun yeni qərargahının açılışı olacaq. Açılışdan sonra yeni qərargahda ilk iclas keçiriləcək. Təşkilatın həmin toplantısında R.T.Ərdoğan da iştirak edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/receb-tayyib-erdogan-avropa-i-ttifaqinin-rehberliyi-ile-gorusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR