DİM-dən rus bölməsi abituriyentlərinə MÜRACİƏT

DİM-dən rus bölməsi abituriyentlərinə MÜRACİƏT
17:09 19 May 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” imtahanında qeyri-məqbul qiymət alan və ya iştirak etməyən abituriyentlərə müraciət edib.


DİM-dən Lent.az-a verilən məlumata görə, 16-31 mart tarixlərində elektron ərizələrini təsdiq etmiş, lakin 9 aprel tarixində rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” fənni imtahanında "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlərin ikinci imtahanda iştirakı üçün qeydiyyatı başlanıb. Yuxarıdakı kateqoriyaya aid olan abituriyentlər tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 31-dək DİM-in internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçməlidirlər.

 

Elektron ərizələrini 4-22 may tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə “Azərbaycan dili” fənni imtahanına birbaşa olaraq qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər.

 

Rus bölməsinin abituriyentləri üçün ikinci “Azərbaycan dili” fənni imtahanı iyun ayının 11-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

 

İmtahanda abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274967

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR