Play Store

DİM “Azərbaycan dili” imtahanında qeyri-məqbul qiymət alan abituriyentlərə müraciət edib

DİM “Azərbaycan dili” imtahanında qeyri-məqbul qiymət alan abituriyentlərə müraciət edib
17:12 19 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Martın 16-31-də elektron ərizələrini təsdiq edən, lakin aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilən “Azərbaycan dili” fənni imtahanında “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən abituriyentlərin ikinci imtahanda iştirakı üçün qeydiyyatı başlayıb.
Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumata görə, həmin kateqoriyaya aid olan abituriyentlər tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 31-dək DİM-in internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçməlidirlər.
Elektron ərizələrini mayın 4-22-də təsdiq edən rus bölməsinin abituriyentləri isə “Azərbaycan dili” fənni imtahanına birbaşa olaraq qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər.
Rus bölməsinin abituriyentləri üçün ikinci “Azərbaycan dili” fənni imtahanı iyunun 11-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Qeyd edək ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/di-m-azerbaycan-dili-imtahaninda-qeyri-meqbul-qiymet-alan-abituriyentlere-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR