“Azərbaycan dili” imtahanı ilə bağlı rus bölməsi abituriyentlərinin NƏZƏRİNƏ

“Azərbaycan dili” imtahanı ilə bağlı rus bölməsi abituriyentlərinin NƏZƏRİNƏ
17:15 19 May 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Martın 16-31-də elektron ərizələrini təsdiq etmiş, lakin 9 aprel 2017-ci il tarixində rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” fənni imtahanında "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlərin ikinci imtahanda iştirakı üçün qeydiyyatı başlanıb.

Trend-in məlumatına görə, yuxarıdakı kateqoriyaya aid olan abituriyentlər tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 31-dək DİM-in internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçməlidirlər.

Elektron ərizələrini 4-22 may tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə “Azərbaycan dili” fənni imtahanına birbaşa olaraq qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər.

Rus bölməsinin abituriyentləri üçün ikinci “Azərbaycan dili” fənni imtahanı iyun ayının 11-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2756838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR