"Etika - Media Məktəbi" layihəsi çərçivəsində Gəncə şəhərində 100 nəfərə təlim keçirilib

"Etika - Media Məktəbi" layihəsi çərçivəsində Gəncə şəhərində 100 nəfərə təlim keçirilib
17:17 19 May 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsində qalib gələrək maliyyələşdirdiyi, Gənclərin Sağlam İnkişafı İctimai Birliyinin (İB) təşkilatçı qismində iştirak etdiyi “Etika-Media Məktəbi” layihəsinə ilkin olaraq Gəncə şəhərindən start verilib.
İB-dən "Report"a daxil olan məlumata görə, təlimin ilkin mərhələsi may ayının 17-si Gəncə Dövlət Universitetində, Gəncə Şəhər İcra Hakimiyyəti rəsmilərinin və 100 nəfərə yaxın gənc tələbənin iştirakı ilə baş tutub. Təlimin növbəti hissəsi daha sonra 18 May tarixində Gəncə Şəhər Yeni Azərbaycan Partiyasının inzibati binasında “Gənclərin Sağlam İnkişafı İctimai Birliyi” və partiya rəsmilərinin iştirakı ilə davam edib.
Təlimlərin gedişi zamanı qeyd olunub ki, məqsəd Azərbaycan mediasında yeni düşüncəyə malik və həmçinin dövlətin maraqlarını hər şeydən üstün tutan gənc jurnalist ordusunun yaranmasına dəstək olmaqdır. Jurnalistikanın əsas məqsədi vətəndaşların cəmiyyətdə fəaliyyət göstərə bilmələri üçün onları dəqiq və etibarlı məlumatlarla təmin etməkdir. Güclü media cəmiyyətdə maarifləndirmə işini irəliyə aparır və dayanıqlı inkişafı sürətləndirir. Medianın güclü olması jurnalistlərin öz işlərində peşəkar bacarıqlara və ümumi standartlara nə dərəcədə yiyələnmələrindən asılıdır. Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sahəsindəki uğurları ölkədə internet istifadəçilərinin sayını artırıb.
Birliyin sədri Məmməd Gülməmmədov “Biz informasiya müharibəsində gənclərimizin düşmənlərlə mübarizəsinə ehtiyac duyuruq. Gənclərin əsasən sosial mediada aktiv fəaliyyətinin təbliği və onların yetişdirilməsi üçün belə bir layihənin keçirilməsini planlaşdırdıq”, - deyə çıxışı zamanı qeyd edib.
Təlimin sonunda layihə iştirakçıları sertifikatlar ilə təltif ediliblər.
“Etika-Media Məktəbi” layihəsi 3 ay müddətinə nəzərdə tutulsa da 1 il davam edəcək. Gəncə şəhərindən sonra Mingəçevir və Yevlax şəhərlərindən daha 100 nəfər gəncin cəlb edilməsi ilə layihə davamlılığını qoruyacaq. Bundan başqa, müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlər vasitəsi ilə jurnalistikaya dair müasir bilik və bacarıqlar öyrədiləcək. Daha sonra layihənin son mərhələsi olaraq Bakıda gənclərə kurslar təşkil olunacaq.









Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/etika-media-mektebi-layihesi-cercivesinde-gence-seherinde-100-nefere-telim-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR