Miao Vanq: "Azərbaycanda stolüstü tennis orta səviyyədədir"

Miao Vanq: "Azərbaycanda stolüstü tennis orta səviyyədədir"
17:22 19 May 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ "İlk hissədə hər şey yaxşı idi. Hissənin ortasında bir az gərginlik oldu. Buna rəğmən, qalib gəldim".
"Report"un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan stolüstü tennisçisi Miao Vanq deyib. Üçüncü yer uğrunda görüşdə iranlı Neda Şahsavarini 4:1 hesabı ilə məğlub edən idmançı bildirib ki, İslamiadada çıxış edən tennisçilərin səviyyəsi yüksəkdir: "Bütün ölkələr güclüdür. Ən yaxşısı isə Türkəydir. Yarlmfinalda uduzduğum Melek Hu da həmçinin. O, çox sürətli idi. Huya bu komponentdə uduzdum". 
M.Vanqın sözlərinə görə, Azərbaycan tennisçiləri gələcəkdə Yay Olimpiya Oyunlarında uğurla çıxış edə bilərlər: "Hazırda Azərbaycanda stolüstü tennis orta səviyyədədir. Lakin ildən-ilə artım var. Yerli idmançılar da çox çalışqandırlar".
Qeyd edək ki, Azərbaycanın daha bir stolüstü tennisçisi Jinq Ninq hazırda türkiyəli Melek Hu ilə finalda qarşılaşır.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/miao-vanq-azerbaycanda-stolustu-tennis-orta-seviyyededir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR