Play Store

Renat Dadaşov "Ayntraxt"la 3 illik müqavilə bağladı

Renat Dadaşov "Ayntraxt"la 3 illik müqavilə bağladı
17:32 19 May 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bu gün klubu "Ayntraxt"la yeni müqavilə imzalayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Frankfurt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, bu ilin yanvarında "Leypsiq"dən transfer edilən və ilk 6 ayı klubun U-19 komandasında keçirən Dadaşov bundan sonra əsas kollektivə cəlb ediləcək. 18 yaşlı oyunçunun "Ayntraxt"la müqavilə müddəti 2020-ci ilin yayına qədər nəzərdə tutulub.
 
Klubun futbol direktoru Fredi Bobik həmyerlimizə böyük ümidlər bəslədiyini bildirib: "Biz hesab edirik ki, onun böyük potensialı var. Dadaşovun bütün müsbət cəhətlərini inkişaf etdirmək istəyirik".
 
Futbolçu özü də peşəkar müqavilə ilə bağlı təəssüratlarını bölüşüb: "Çox sevinirəm ki, "Ayntraxt"da peşəkar karyeraya başlayıram. Bunun üçün klub rəhbərliyinə, ailəmə, dostlarıma və yaxınlarıma təşəkkür edirəm. Çünki onlar mənə hər zaman dəstək verirlər".
 
Qeyd edək ki, Renat Dadaşov millimizin Avstriya toplanışına dəvət alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR