20 yaşlı qız özünü körpüdən atdı - AZƏRBAYCANDA - FOTO

20 yaşlı qız özünü körpüdən atdı -  AZƏRBAYCANDA - FOTO
17:47 19 May 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda 20 yaşlı qadın özünü körpüdən ataraq intihara cəhd edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Masallı şəhəri ilə İsgəndərli kəndini birləşdirən, Viləş çayı üzərindəki körpüdə baş verib. İsgəndərli kəndində yaşayan 1997-ci il təvəllüdlü Ruqayyə İlqar qızı Cavadova özünü körpüdən ataraq intihara cəhd edib. Qadın Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 
Onun vəziyyətinin ağır olduğu deyilir.
 
R.Cavadovanın ailəli olduğu, intihara cəhdə səbəb kimi ailədə yaranan problemlər göstərilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR