İpəkçiliyin inkişafına 4,5 milyon manat ayrıldı

İpəkçiliyin inkişafına 4,5 milyon manat ayrıldı
18:23 19 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması, barama istehsalçılarının məhsuldar tut ipəkqurdunun cins və hibrid toxumları ilə təmin edilməsi və bu sahədə seleksiya-damazlıq işlərinin təşkili məqsədilə Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/199450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR