Bərdədə kanalizasiya quyusunda partlayış: 2 yaralı

Bərdədə kanalizasiya quyusunda partlayış: 2 yaralı
18:24 19 May 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə şəhərində kanalizasiya quyusunda partlayış baş verib.

 

APA-nın Qarabağ müxbirinin verdiyi məlumata görə, hadisə Ədalət Ədilov küçəsi, ev 34 ünvanında qeydə alınıb. Həmin ünvandakı həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR