DİM: Abituriyentlər yay qəbul imtahanlarında iştirak üçün mayın 22-dək qeydiyyatdan keçməlidirlər

DİM: Abituriyentlər yay qəbul imtahanlarında iştirak üçün mayın 22-dək qeydiyyatdan keçməlidirlər
18:27 19 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatının mayın 22-də başa çatacağı ilə bağlı xəbərdarlıq edib.
DİM-dən "Report"a verilən məlumata görə, elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 22-dək DİM-in saytının “Abituriyentin elektron ərizəsi” səhifəsində qeydiyyatdan keçməlidirlər.
Bundan əlavə, təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.
16 mart – 11 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər də (həm cari, həm də əvvəlki illərin məzunları) qeyd olunan tarixədək ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun Regional Bölmələrində yaradılmış SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər.
Müəyyən olunmuş müddətdə elektron ərizələrini təsdiq etməyən (etdirməyən) abituriyentlər imtahana buraxılmayacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/abituriyentler-yay-qebul-imtahanlarinda-istirak-ucun-mayin-22-dek-qeydiyyatdan-kecmelidirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR