Play Store

DİM-dən imtahan açıqlaması

DİM-dən imtahan açıqlaması
18:28 19 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat mayın 22-si saat 23:59-dək davam edəcək.

Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verib.

Bu gün saat 17:30-a olan məlumata əsasən magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün 6540 bakalavr proqram seçimini təsdiq edib. 560 bakalavr elektron ərizəsinə daxil olub proqram seçimi etsə də, ərizəsini təsdiq etməyib.

Rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ olan 665 namizəddən 449 nəfəri imtahanın ikinci mərhələsində iştirakını təsdiq edib.

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyənlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq etməlidirlər. Ərizələrini təsdiq etməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/199448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.