Türk futbolçu meyxanaçı Mətişə elçi gəldi

Türk futbolçu meyxanaçı Mətişə elçi gəldi
18:47 19 May 2017
975 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər internetdə ən çox dinlənilənlər arasında olan meyxanaçı Mətişə evlilik təklifi gəlib.

Milli.Az xəbər verir ki, bu barədə meyxanaçı lent.az-a açıqlamasında deyib. O bildirib ki, təklifə müsbət yanaşmayıb:

"Bu yaxınlarda türkiyəli futbolçudan evlilik təklifi aldım. Hətta elçi də gəldi. Amma iki oğluma görə bu təklifə müsbət cavab vermədim. O futbolçunun adını açıqlamaq istəmirəm. Çünki deyəcəklər ki, Mətiş özünü onunla reklam edir. Evlilik təklifi çox alıram, amma bunu heç zaman dəyərləndirməyəcəm".

Qeyd edək ki, xanım meyxanaçı ötən ay lent.az-a açıqlamasında uğursuz evliliyindən danışaraq bildirmişdi ki, həyat yoldaşından ayrılandan sonra sənətə gəlib.

Qeyd edək ki, Mətiş Naxçıxanının yeganə meyxana deyən xanımıdır. Onun 9 və 6 yaşında oğlu var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR