Play Store

Bakı-2017: Təmsilçilərimiz suya tullanma yarışında 3-cü oldular

Bakı-2017: Təmsilçilərimiz suya tullanma yarışında 3-cü oldular
18:47 19 May 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının suya tullanma yarışında növbəti medalını qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təmsilçilərimiz - Artyom Danilov və Dmitri Sorokin cütlüyü 3 m tramplindən sinxron tullanma yarışında 297.90 xalla üçüncü olub.

İramn təmsilçiləri qızıl (334.08), indoneziyalılar isə gümüş (330.30) medala sahib olublar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR