İslamiada: Azərbaycan para-atleti qızıl medal qazanıb

İslamiada: Azərbaycan para-atleti qızıl medal qazanıb
19:17 19 May 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında para-atletika növündə təmsil edən Yelena Çebanu daha bir qızıl medal qazanıb. 
"Report"un məlumatına görə, 36 yaşlı idmançı bu dəfə 200 metr məsafəyə qaçışda fərqlənib.
O, finişə 24,69 saniyəyə çatıb. Gümüş medalı indoneziyalı Endanq Sitorus 26,73 saniyə, bürünc medalı isə mərakeşli Meryem En-Nuri 31,29 saniyə nəticə ilə əldə edib.
Qeyd edək ki, Yelena Çebanu mayın 16-da 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiada-azerbaycan-para-atleti-qizil-medal-qazanib678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR