Bundesliqada görünməmiş hadisə: Türk futbolçu bunu bəyənməyəcək

Bundesliqada görünməmiş hadisə: Türk futbolçu bunu bəyənməyəcək
19:29 19 May 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasında yeni mövsümdən etibarən bir ilk yaşanacaq. Apasport.az saytının məlumatına görə, tarixdə ilk dəfə ölkənin əsas çempionatında qadın hakim iş başında olacaq.

 

Bu sahədə ilk addımı Bibiana Steynhauz atacaq. Vaxtilə qadınlar arasında çempionatda, 2011-ci ildən isə II Bundesliqa oyunlarında əsas söz sahibi olan, Bundesliqada isə 4-cü hakimlik edən 38 yaşlı referi özünü daha səviyyəli oyunlarda sınamaq imkanı qazanıb.

 

Əsas çempionatda ehtiyat hakimlik etdiyi zamanlarda “Bavariya”nın o zamankı baş məşqçsi Xosep Qvardiola ilə mübahisə ilə diqqət mərkəzinə gəlmiş baş hakim “Hoffenhaym”ın türk futbolçusu Kərəm Dəmirbayın cəzalanmasına da səbəb olmuşdu.

 

“Fortuna”da oynayarkən qırmızı vərəqə ilə cəzalandırılan Kərəm onun haqqında “Kişilərin arasında qadın hakimin nə işi var?” demiş və bu sözünə görə 5 oyunluq cəza almışdı.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274976

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR