Play Store

Ukraynanın baş naziri hökumətə etimad məsələsinin müzakirəsini təklif edib

Ukraynanın baş naziri hökumətə etimad məsələsinin müzakirəsini təklif edib
19:32 19 May 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Ukraynanın Baş naziri Vladimir Qroysman Ali Radanın (parlamentin) deputatlarına gələn həftə hökumətə etimad məsələsini müzakirəyə çıxarmağı təklif edib.
“Report” xəbər verir ki, baş nazir bunu “1+1” televiziyasına müsahibəsində bildirib.
“Mən hökumətin parlament qarşısında hesabat verməsindən qorxmuram. Bu il aprelin 14-də başçılıq etdiyim hökumətin birilliyində parlamentdə hesabat vermişəm. Ona görə də təklif edirəm ki, gələn həftə hökumətin istefası ilə bağlı qətnamə müzakirə edilsin. Heç kimə himayədarlıq etmirəm. Təyinatlarda lobbiçilik etmir, işdən çıxmaqla bağlı heç kimə məcburi ərizə yazdırmıram”, - baş nazir vurğulayıb.
V.Qroysman Ukraynanı üçüncü sort dövlət hesab etməməyə çağırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ukraynanin-bas-naziri-hokumete-etimad-meselesinin-muzakiresini-teklif-edib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR