Qanunsuz ov edən 270 nəfər saxlanılıb (VİDEO)

Qanunsuz ov edən 270 nəfər saxlanılıb (VİDEO)
04:11 8 Yanvar 2015
122 Sosial
Ölkə mətbuatı
A- A+

2014-cü ildə ovçuluq mövsümünün başlaması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Ovçuluq haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydlər keçirilib.

Reydlər zamanı qanunusuz ov edənlər saxlanılıb və cərimələnib. Nəticədə qanun pozuntusuna yol verən 270 nəfər saxlanılıb və barələrində tədbir görülüb. 255 ov tüfəngi götürülüb. Ən çox saxlanılanların isə 95 faizi qanunsuz quş ovu ilə məşğul olanlar olub. Baxmayaraq ki, respublika ərazisində 2005-ci ildən quş ovuna qadağa qoyulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Yaqub Mirzəyevin sözlərinə görə, bir sıra şəxslər ova qanunsuz çıxırlar: “Onlar qanunları kobud bir şəkildə pozmaqla yanaşı, öz həyatlarını da riskə atırlar. Aparılan reydlər zamanı xüsusi mühafizə olunan təbiiət ərazilərində qanunsuz ov edilməsi, eyni zamanda dənizkənarında ov edilməsi faktları aşkar edilərək sənədləşdirilmişdir”.

Qanunsuz ov edən şəxslər 1 000 manatdan 2 min manatadək cərimə olunublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR