Bakı-2017: Final oyununun vaxtı dəyişdirilib

Bakı-2017: Final oyununun vaxtı dəyişdirilib
19:50 19 May 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol komanlarının final matçının vaxtı dəyişdirilib.

Trend-in məlumatına görə, 23 yaşadək futbolçulardan ibarət futbol üzrə Azərbaycan və Oman komandaları arasında 21 may tarixində baş tutacaq finalın keçirilmə vaxtı dəyişdirilib.

Oyun həmin gün saat 20:00-da deyil, saat 21:00-da keçiriləcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2756925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR