Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi
Mədət Quliyev ölkənin bir çox dövlətlərin və siyasi dairələrin
maraq dairəsində olduğunu deyib. Rusiya post-sovet məkanında
tanınmamış respublikaları birləşdirmək üçün “yeni MDB” ideyasının
irəli sürüb. Ermənistan ordusunda intiharların, eləcə də
əsgərlərin müəmmalı şəkildə ölməsi hallarının sayı getdikcə
artır.Hərbi ekspert Donbasın azad edilməsi üçün
“lokal müharibə” taktikasını təklif edib.
"Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə
bağlı bəyanat verildi. Azərbaycanın daxilində heç bir təhlükə
yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu
sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi
dairələrin maraq dairəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana
böyük təhdidlər var".
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev
deyib.
DTX rəisi bildirib ki, Azərbaycan çox təhlükəli bir məkanda,
Qərbə Şərqin qovşağında yerləşir: "Təbii ki, kənardan Azərbaycana
qarşı hər cür təhdidlər var. Amma onu da deməliyəm ki, bu təhlükəni
Müdafiə Nazirliyinin özü aşkarlamışdı, artıq istintaq qrupu
fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir
Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu araşdırma aparır.
Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar
şəbəkə 1988-1990-cı illərdən kök atıb. Bu, Müdafiə Nazirliyinin
rəhbərliyi, prezidentin tapşırıqlarının düzgün icrasının
nəticəsidir ki, bu xəyanətin üstü açılıb. İstintaq məsələyə öz
qiymətini verəcək".
“Ermənistan ordusunda zabitlər əsgərləri öldürür,
bir sözlə qırğın gedir”. Bu sözləri qətlə yetirilən 19 yaşlı Arsen
Mxitaryanın valideynləri deyir. Ermənistan ordusunda
intiharların, eləcə də əsgərlərin müəmmalı şəkildə ölməsi
hallarının sayı getdikcə artır.
Qeyd edək ki, Ermənistan hakimiyyəti orduda itkilərin sayını
gizlətməyə çalışır. Lakin dünən bu ölkənin “Johovurd” qəzeti
2017-ci ilin yanvar ayından indiyə qədər orduda 26 itkinin olduğunu
yazıb.
Bu statistika ictimaiyyətə məlum olan informasiyalar əsasında
hazırlanıb. Reallıqda isə itkilərin sayı daha çoxdur.
Ermənistan ordusunda qırğın gedir: onlarla əsgər ÖLDÜ – Sarkisyana HÜCUM
Ermənistan prezidenti Serj Sarkisyanın orduya yeni
əsgərlərin çağırılması ilə bağlı imzaladığı fərman erməni
cəmiyyətində narazılıq yaradıb. Erməni hüquq
müdafiəçisi Ruben Martirosyan Sarkisyanın cavab verməli olduğunu
deyib: “Əgər Serj Sarkisyan çğaırış haqda fərman imzalayırsa,
paralel olaraq itkilər haqda cavab verməlidir. Çünki aprelin 20-dən
mayın 14-nə qədər orduda 11 əsgər ölüb.
Onun sözlərinə görə, əsas günahkar Sarkisyan və mövcud
sistemdir: “Bu sistemə prokurorluq, istintaq idarəsi, hərbi polis
daxildir. Hansı ki, onlar orduda qətllərin qarşısını almaq üçün
yaradılıb, lakin bunun əksini edirlər. Ordu tamamilə korlanıb və
uçuruma düşüb. Bizim hərbi hissələrdə nizamnamə yerinə “oğru”
qanunları işləyir. Əsgərlər döyuülür, zorla “sındırılır”. Sarkisyan
da ordudakı biabırçı vəziyyəti bilir, lakin görünür, heç nə
etmirlər”.
Hüquq müdafiəçisi qeyd edib ki, belə davam edərsə, orduya əsgər
aparmağa adam tapılmayacaq.
Rusiya post-sovet məkanında tanınmamış
respublikaları birləşdirmək üçün “yeni MDB” ideyasının irəli
sürüb. Bu ideyanı mayın 18-də separatçı “Luqansk xalq
respublikası”nın rəhbəri İqor Plotnitski səsləndirib.
Lakin ekspertlər hesab edir ki, bu, Kremlin ideyasıdır. Dumanın
MDB ilə işlər üzrə komitəsi sədrinin birinci müavini Konstantin
Zatulin də bildirib ki, bu ideya yeni deyil: “Rusiya 2000-ci
illərdən başlayaraq, Abxaziya və Cənubi Osetiya ilə birlikdə bu
ideya üzərində işləyirdi”.
Burada Azərbaycan üçün ən təhlükəli məqam işğal edilmiş Dağlıq
Qarabağda yaradılan qondarma “DQR” rejiminin də “Yeni MDB”
ittifaqına daxil olması ehtimalıdır.
Almaniyanın xarici işlər naziri Siqmar Qabriel
İncirlik böhranın pərdəarxasını izah edib. Vaşinqtona
səfəri zamanı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS)
çıxışında İncirlik böhranının həlli üçün Türkiyənin irəli sürdüyü
şərti açıqlayıb.
Türkiyənin hərbi kəşfiyyat mütəxəssisi, ehtiyatda
olan general Fəxri Erenel deyib ki, Almaniyanın İncirlik hərbi hava
bazasına alternativlərin axtarışı barədə bəyanatları siyasi
blefdir. General fikrini sübut etmək üçün 4 səbəb
göstərib.
Türkiyəyə siyasi blef - Kəşfiyyatçı generaldan DÖRD SƏBƏB
PKK terror təşkilatının “azad edilmiş bölgə”
adlandırdığı Kato dağında keçirilən əməliyyatda təşkilatın 53
sığınacağında müxtəlif model 648 silah və tonlarla sursat ələ
keçirilib. Ələ keçirilən silahlar və sursat İsrail,
ABŞ, Fransa və İtaliya da daxil olmaqla 19 ayrı ölkədə istehsal
olunub.
PKK-nın mağaralarında ələ keçirilən silah və sursatların
istehsalçısı olan ölkələrin tam siyahısı isə aşağıdakı kimidir.
Türkiyəyə qarşı 19 ölkə birləşdi - SİYAHI
Ərdoğanın ABŞ-da “YPG və PYD-dən (PKK-nın Suriya
qolu) Türkiyəyə hər hansı bir hücum olarsa, heç kimdən soruşmadan
“angajman qaydalarını” (hərbi gücün tətbiqi) tətbiq edəcəyik”
mesajından sonra Türkiyə Silahlı Qüvvələri hərəkətə
keçib. Türkiyə Ordusu istənilən hücum təhlükəsinə
qarşı hər cür əməliyyatlar üçün hazır vəziyyətə gətirilib.
“Anadolu” agentliyinin hərbi mənbələrdən əldə etdiyi məlumata
görə, Suriya və İraq sərhədində terror təşkilatı PKK/YPG/PYD-dən
hələ biləcək mümkün hücuma sərt cavab veriləcək. Hərbi Hava
Qüvvələri Komandanlığı hava əməliyyatlarına, quru qoşunlar isə
yerüstü əməliyyatlara hazırlanıb. Əməliyyatların sərhəddən uzaqda,
yəni Suriya və İraqda keçiriləcəyi də mümkündür. Quru qoşunlarının
bəzi birlikləri sərhəd bölgəsinə yerləşdirilib.
Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar da Türkiyə Silahlı
Qüvvələrinin hərbi texnikanı sərhəddə ön cəbhəyə yerləşdirdiyini
açıqlayıb. Onun sözlərinə görə, əməliyyatlar hər an başlaya
bilər.
“Əməliyyat hazırlığı var. Əgər sərhədə qoşun və texnika
yeridilirsə, bunun mütləq nəticəsi olacaq”, - deyə o bildirib.
ABŞ-ın hərbi təyyarələri Suriya vətəndaşlarını
vurur. Bu barədə Rusiya Xarici İşlər nazirinin
müavini Qatilov Cenevrədə jurnalistlərə açıqlamasında deyib.
“ABŞ Suriyanın suverenliyinə əngəl törədir, hadisələrin siyasi
həll tapmasına imkan vermir”, - deyə o bildirib.
Qeyd edək ki, dünən Suriya dövlət televiziyası ABŞ-ın Suriyanın
Tanf bölgəsi yaxınlığında Əsəd rejiminə aid hərbi qüvvələri vurması
ilə bağlı məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey
Lavrov bildirib ki, ABŞ-ın Suriyanın hökumət güclərinə zərbəsi
qeyri-qanunidir və Suriyanın müstəqilliyini pozur.
“ABŞ Suriyaya zərbələrinə belə bəraət qazandırmağa çalışır ki,
hökumət gücləri Amerika hərbçiləri ilə əməkdaşlıq edən müxalifət
qüvvələrinə təhlükə yaradırdı. Bu zərbələr Suriyanın müstəqilliyini
pozur, qeyri-qanuni və növbəti kobud pozuntudur”, - Lavrov
jurnalistlərə deyib.
“Anti-terror gücləri Donbasın işğal edilmiş
ərazilərinin azad edilməsi üçün tammiqyaslı hücuma keçə bilmir.
Amma problemin həllinin başqa taktikası mövcuddur”.
Bunu “Obozrevatel” nəşrinə şərhində hərbi ekspert Sergey Qrabskiy
deyib.
“Tammiqyaslı döyüş əməliyyatlarını keçirmək olmaz, amma lokal
əməliyyatlar keçirmək, rəqibin əsas nöqtələrinə təzyiq göstərmək
tamamilə mümkündür. NATO-da da bunu öyrənirlər”, - hərbi ekspert
hesab edir.
Onun sözlərinə görə, bu taktika rəqibin müdafiəsini kifayət
qədər zəiflədəcək.
Torpaqlar belə azad ediləcək - Lokal müharibə TAKTİKASI
ABŞ senatorları Qüdsün İsrailin paytaxtı kimi
tanınması barədə qətnamənin müzakirəsinə başlayıblar.
Qətnamə senatorlar Dino Heller, Lindsi Qrem, Ted Kruz və Mark Rubio
tərəfindən hazırlanıb.
“ABŞ gərək Qüdsü həm de-yure, həm de-fakto İsrailin paytaxtı
kimi tanısın. ABŞ-ın İsraildəki səfirliyi də həmçinin Qüdsə
köçürülsün”, – qətnamədə bildirilib.
Qeyd edək ki, bu ilin fevralında ABŞ Prezidenti Donald Tramp da
ölkənin səfirliyinin Qüdsə köçürüləcəyini açıqlamışdı.
Daha əvvəl ABŞ Dövlət Departamenti, Pentaqon və
kəşfiyyatın ali rəhbərliyinin nümayəndələri Ağ Evi Amerikanın
İsraildəki səfirliyini Qüdsə (Yerusəlim) daşımamağa
çağırıblar. Ağ Evdəki mənbələr bildirir ki, Tramp
hələ Qüds üzrə müəyyən qərara gəlməyib.
Bu qərar müharibəyə səbəb olacaq - BİR HƏFTƏ SONRA...
İranda bu gün prezident seçkiləri
keçirilib. İran prezidenti postu uğrunda dörd namizəd
mübarizə aparır: hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim
Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar
Mustafa Ağa Mirsəlim. İranın seçki qanunvericiliyinə əsasən,
namizədlər seçicilərin 50 faizinin səsini toplaya bilməyəcəyi
təqdirdə, bir həftə sonra ən çox səs toplamış iki namizədin
iştirakı ilə təkrar seçkilər keçiriləcək.
Qeyd edək ki, İranda prezident seçkiləri ilə paralel şəhər
Şuralarına və parlamentə əlavə seçkilər keçirilir.
Seçkilərdə təhlükəsizliyin təmin edilməsinə hüquq-mühafizə
orqanlarının 300 minədək əməkdaşı cəlb edilib.
Dünyanı ABŞ-la nüvə müharibəsinin bir addımlığına
gətirən Şimali Koreya son vaxtlar bir-birinin ardınca həyata
keçirdiyi raket sınaqlarını paytaxt Pxenyanda təntənə ilə qeyd
edib. “Hwasong-12” raketini hazırlayan qrup Pxenyanda
minlərlə insan tərəfindən qarşılanıb.
Ölkənin ən uzun mənzilli raketi olan “Hwasong-12”-nin atışı
mayın 14-də həyata keçirilib. Nüvə başlığı daşıya bilən raket 2 min
100 kilometr yüksəkliyə çataraq 787 kilometr məsafəni qət edib və
Yaponiyanın qərb sahillərinə düşüb.
ABŞ-ın tanınmış "beyin mərkəzi" olan"Stratfor" Şimali Koreyanın
atdığı raketlərin hansı ölkələri təhdid etdiyini göstərən yeni bir
xəritə dərc edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgəsi”
hesab olunan “Stratfor”un xəritəsinə görə, Şimali Koreyanın bir
başqa uzunmənzilli raketi olan (8 min kilometr) “Taepodong 2” ilə
Türkiyə, Almaniya, İngiltərə ilə birlikdə ABŞ-ın qərb ştatları
vurula bilər. Raket üzərində iş hələ tamamlanmayıb. Şimali Koreyalı
mühəndislər layihə üzərində işi davam etdirirlər.
Türkiyə nüvə silahının hədəfindədir - ABŞ kəşfiyyatından ŞOK XƏRİTƏ
Vaşinqton Şimali Koreya və ABŞ arasında nüvə
gərginliyini artıracaq yeni bir addım atır. “USS Carl
Vinson”dan sonra “USS Ronald Reagan” təyyarədaşıyan gəmi də Koreya
yarımadası sahillərində hərbi təlimlərə qatılacaq.
“USS Ronald Reagan” təyyarədaşıyan gəmisinin Koreya yarmadası
sahillərinə göndərilməsi barədə qərar Şimali Koreyanın yeni raket
sınağından sonra verilib.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/199451.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)