Bakı-2017: Daha bir güləşçimiz qızıl medal qazandı

Bakı-2017: Daha bir güləşçimiz qızıl medal qazandı
20:08 19 May 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz qızıl medal qazanıb.

Trend-in məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Nurməhəmməd Hacıyev finalda iranlı Əmir Məhəmmədi ilə qarşılaşıb.

Daha yaxşı güləşən idmançımız rəqib üzərində inamlı qələbə qazanıb - 11:2.

Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 63-cü qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2756931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR