Atatürkün sonuncu 19 may FOTOları

Atatürkün sonuncu 19 may FOTOları
20:52 19 May 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

19 may Türkiyə dövlətinin rəsmi bayramıdır. Bu bayram Atatürkü yad etmək, gənclik və idman bayramı kimi hər ilin 19 may tarixində Türkiyədə və Şimali Kipr Türk Respublikasında qeyd edilir.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, 1919-cu ilin 19 may tarixində Mustafa Kamal Atatürk gəmi ilə Samsuna yaxınlaşıb. 19 may tarixi yadelli işğalçılara qarşı Türk Qurtuluş Savaşının başladığı gün kimi qəbul edilir. Atatürk bu bayramı gənclərə ithaf edib.

1938-ci ilin 19 may tarixində Atatürk sonuncu dəfə bu bayramda iştirak edib. Mustafa Kamal 19 may stadionunda Yugoslaviya müdafiə nazirini qəbul edib. Bu ulu Atatürkün iştirak etdiyi sonuncu bayram tədbiri olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR