Saç boyası xərçəng yaradır?

Saç boyası xərçəng yaradır?
21:27 19 May 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Araşdırmalar nəticəsində məlum olub ki, müxtəlif ölkələrdə yaşayan qadınların çox hissəsinin istifadə etdiyi saç boyalarının tərkibində onkoloji xəstəliklərin inkişafı üçün provokator rolunu oynayan maddələr var.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bir çox boyaların tərkibində olan ikinci dərəcəli aminlər kimi xüsusi kimyəvi maddələr, o səbəbdən təhlükəli sayılır və onlar, havada olan müxtəlif birləşmələrlə (misal olaraq, tabak tüstüsü) reaksiyaya girdikdə, ən güclü kanserogen birləşmələr ifraz olunur. Ən təhlükəlisi odur ki, ikinci dərəcəli aminlər, baş dərisinə uzun müddətli (aylar və hətta illərlə) çökə bilirlər.

Bununla məlum olur ki, boyani nə zaman istifadə etməyinizdən və hansı boya istehsalçısını seçməyinizdən asılı olmayaraq özünüzü böyük təhlükəyə atmış olursunuz. 2009 -cu ildə alimlər və həkimlər xəbərdarlıq etmişdilər ki, saçların tez-tez boyanması ( ildə 9 dəfədən artıq) leykemiya təhlükəsinin 60 % artırır. 2010-cu ildə isə Avropada daimi istifadəsi zamanı sidik kisəsi xərçənginə gətirən bir çox boyaların satışı qadağan edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/546384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR