Oğurlayaraq gizlətdiyi qızılları başqası oğurladı - Qəribə hadisə - VİDEO

Oğurlayaraq gizlətdiyi qızılları başqası oğurladı - Qəribə hadisə - VİDEO
21:42 19 May 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğurluq edən şəxs özü oğurluğa məruz qalıb.

Milli.Az bildirir ki, qəribə hadisə Şirvanda olub. 20 yaşlı Coşqun İsmayılov şəhər sakininin evindən oğurluq etdiyi üçün polis tərəfindən saxlanılıb.

Şirvan polisi istintaq hərəkətləri zamanı müəyyən edib ki, Coşqun İsmayılov oğurladığı qızıl-zinət əşyalarını gizlətdiyi zaman onu tanışı Röyal Xələfov görüb. Coşqun həmin yerdən uzaqlaşdıqdan sonra Röyal qızıl-zinət əşyalarını götürərək əlbir olduğu tanışları ilə birlikdə lombarda qoyub. Əldə olunan pulu isə aralarında bölüblər. Şirvan polisi tərəfindən ikisi azyaşlı olmaqla digər iki nəfər də istintaqa cəlb edilib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Oğurlayaraq gizlətdiyi qızılları başqası oğurladı - Qəribə hadisə

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR