Fransa polisi iş başında -

Fransada Kann film festivalı ilə əlaqədar olaraq təhlükəsizlik tədbirləri gücləndirilib.

Metbuat.az-ın məlumatına görə, son zamanlarda ölkədə baş verən ardıcıl terror hadisələri fransız təhlükəsizlik orqanlarını daha ciddi addımlar atmağa vadar edib.

Belə ki, Kann şəhərinin dörd bir yanında polislərə rast gəlmək mümkündür. Həmçinin bombalı hücum ehtimalı nəzərə alınaraq, önəmli yerlərə 160 m. uzunluğunda tikanlı zəncirlər yerləşdirilib.

Qeyd edək ki, bölgə 550 təhlükəsizlik kamerası tərəfindən izlənilir.

Mayın 17-də başlayan Kann kino festivalı 28 mayda başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR