Binəli Yıldırım Gürcüstana səfər edəcək

Binəli Yıldırım Gürcüstana səfər edəcək
22:12 19 May 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Binəli Yıldırım bu günlərdə Gürcüstana səfər edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü jurnalistlərə açıqlamasında bildirib.

"Bu günlərdə Türkiyənin baş naziri Binəli İldırımın Gürcüstana səfəri gözlənilir. Səfər çərçivəsində ölkələrimiz arasında strateji iş birliyinin ikinci  konfransı keçiriləcək", deyə səfir bildirib.
 
Səfir həmçinin yaxın günlərdə Batumidə Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin görüşünün keçiriləcəyini təsdiqləyib.  
 
Mayın 19-da Türkiyənin Gürcüstandakı səfirliyində Atatürkün anım günü keçirilib. Türkiyə səfiri Zeki Levent Gümrükçü tədbirdə çıxış edib,  mayın 21-də Tiflisdə Türkiyə ilə Gürcüstan arasında diplomatik əlaqələrin 25 illiyini qeyd edəcəklərini bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR