Tramp İsrail-Fələstin münasibətlərini dəyərləndirdi:

ABŞ prezidenti Donald Tramp İsrail səfəri öncəsi İsrail-Fələstin sülhünün reallığından bəhs edib.

Metbuat.az bildirir ki, İsrailin "HaYom" qəzetinə reportaj verən Tramp bunları deyib:

"İsrail və Fələstin arasında sülhün bərqərar olması üçün böyük imkanların olduğuna inanıram.

İsrail xalqını sevirəm. Deyə bilərəm ki, bu iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün ciddi səy göstərirəm. Bizim bu məsələ üzərində çalışan xüsusi komandamız var. Məsələn, Ceyson Qrinblatt və Deyvid Fridmanın adını çəkə bilərəm. Sülhün gözləniləndən daha qısa bir zaman ərzində əldə olunacağına ümid edirəm".

Qeyd edək ki, Donald Tramp bazar ertəsi İsrailə səfər edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR