İraqda daha iki partlayış törədilib: ölən və yaralananlar var

İraqda daha iki partlayış törədilib: ölən və yaralananlar var
00:32 20 May 2017
139 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ İraqda daha iki partlayış törədilib.
"Report"un məlumatına görə, bu barədə "Al Sumaria" telekanalı xəbər verib.
Xəbərdə bildirilir ki, hər iki partlayış paytaxt Bağdadda qeydə alınıb. Belə ki, Bağdadın cənubundakı Əbu-Daşir ərazisində, polis məntəqəsinin yaxınlığında minalanmış avtomobil partladılıb. İkinci partlayış isə təhlükəsizlik qüvvələrinin nəzarət yoxlama məntəqəsinin yaxınlığında törədilib. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Qeyd edək ki, bundan əvvəl də ölkənin cənubunda, Bəsra vilayətində, nəzarət-buraxılış məntəqəsində terror aktı baş verib. Minalanmış avtomobilin partladılması nəticəsində bir neçə nəfər ölüb. Ölənlərdən 2-i hərbçilərdir. Hadisə zamanı habelə avtobusda olan bir neçə dinc sakin də həlak olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raqda-daha-iki-partlayis-bas-verib-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR