Sabiq dünya çempionu yol qəzasında öldü

Sabiq dünya çempionu yol qəzasında öldü
01:29 20 May 2017
106 Digər
Ölkə mətbuatı
A- A+

Boks üzrə sabiq dünya çempionu, meksikalı David Sançes yol qəzasında ölüb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə 25 yaşlı D.Sançesin doğulduğu Sonore şəhərində baş verib.

 

Məlumata əsasən, onunla birgə maşında olan qardaşı da dünyasını dəyişib.

 

Qeyd edək ki, 52 kq çəki dərəcəsində çıxış edən  David Sançes 2014-cü ilin yanvarından 2015-ci ilin sentyabrınadək Ümumdünya Boks Assosiasiyasının versiyasına görə dünya çempionu tituluna sahib olub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274990

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR