Bakıda gözətçi otağı yanıb:

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 20 m2 olan gözətçi otağının dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə və içərisindəki əşyalar yanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR