Play Store

Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar aşkarlanıb (FOTO)

Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar aşkarlanıb (FOTO)
04:36 20 May 2017
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən mayın 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 495 qəlpə, 2 ədəd partlamamış hərbi sursat (PHS) (30 mm-lik silah qumbarası (VOQ-17)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina (1 ədəd TM-57 minası və 7 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, nəticə etibarilə 19 min 064 kvadratmetr ərazi tam təmizlənib, 28 min 100 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2756969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR